Artıq bir neçə gündür metronun “20 Yanvar” stansiyasının qarşısından Sumqayıt istiqamətinə hərəkət edən "manatlıq" taksilər yığışdırılıb. Bundan sonra Sumqayıta gedən əhalinin müxtəlif çətinliklərlə üzləşdiyi müşahidə olunur. Modern.az-a açıqlama verən nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib ki, qeyri-qanuni sərnişin daşıma xidməti göstərən “mantlıq taksilərin” yaranmasının bir neçə səbəb var, bunlardan ən başlıcası ictimai nəqliyyat vasitələrində olan problemlərdir: "İctimai nəqliyyat vasitələrinin işi mükəmməl təşkil olunsa, insanlar mobillik ehtiyaclarını ictimai nəqliyyat hesabına normal ödəsələr, bu cür taksi fəaliyyəti ya olmaz, ya da minumuma endirilər. Eyni zamanda onların ləğv edilməsi sonradan insanların mobillik fəaliyyətində problem yaratmaz". O qeyd edib ki, taksi fəaliyyəti dünyanın ən mükəmməl təşkil edilən ictimai nəqliyyatına sahib ölkələrində də var, amma həmin ölkələrdə taksi dövlətin nəzərdə tutduğu sistem və qanunvericiliklə tənzimlənir: "Qeyr-leqal yollarla taksi fəaliyyətinə o zaman əl atılır ki, həmin ölkələrdə insanların rahat hərəkəti üçün avtobus, metro, tramvay xətləri yoxdur. İkinci problem bu yöndə qanunvericilik məsələlərinin tam tənzimlənməməsi və nəzarətin olmamasıdır. Üçüncü səbəb kimi əhali məşğulluğu və sosial problemləri göstərə bilərik. Bu problem birbaşa olaraq nəqliyyatla əlaqəsi olmasa da dolayı yolla bu sahəyə təsir edir. Belə ki, ölkədə kifayət qədər əmək qabiliyyətli insanlar var, amma həmin şəxslər öz sahələrinə uyğun müxtəlif sahələrdə çalışa bilmirlər, işsizlikdən əziyyət çəkirlər, beləliklə pul qazanmaq üçün fərqli yollara əl atırlar. Bunlardan biri də taksi fəaliyyətidir”. Ekspert bu cür sərnişin daşıma xidmətlərinin özü ilə gətirdiyi fəsadlardan da danışıb.“İnsanlar hərəkətə ehtiyac duyur, işə getməli, dərsə vaxtında çatmalıdır. Bunu avtobus və metrolar ödəyə bilmədiyi üçün başqa alternativlər axtarıb tapıblar, bununla belə bu alternativ özü ilə bəzi problemlər gətirir. Bunlardan ən başlıcası kimi şəhərdə maşın sayının çoxalması və tıxacların artmasını göstərə bilərik. Həmçinin, nəzarət olmadığı üçün taksi sürücüsünün kim olduğu bəlli olmur, bu da taksi fəaliyyəti ilə məşğul olan insanların etimadının aşağı düşməsi ilə yanaşı, ciddi təhlükəsizlik problemləri yaradır” - deyə o qeyd edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта