RU

Bakının separatçılarla bağlı qəti mövqeyi - Onları ağır cəza gözləyir

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyev Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Baş prokuror istintaqın yekunlaşdığını və yaxın vaxtlarda materialların məhkəməyə təqdim olunacağını bildirib.

Deyib ki, bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, separatçılar 19 sentyabr 2023-cü ildə Qarabağda keçirilən anti-terror tədbirlərindən sonra həbs olunublər.

Ermənistan

Ermənistan yeni Melkonyanlar yetişdirməyə çalışır - Branson kimdir?

Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb.

Yuxarıda sadalanan adların hər birinin əlində Azərbaycan xalqının qanı var.

Ruben Vardanyan - Qarabağa müharibədən bir müddət sonra gəlib. Qısa müddət ərzində Qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri "vəzifəsinə" yüksəlib. Böyük biznesi var və Rusiya, ABŞ və Fransa ilə ciddi əlaqələri mövcuddur. Qarabağda olduğu müddətdə Azərbaycan əleyhinə müharibə bəyanatları səsləndirib. Həmçinin Azərbaycan ordusuna qarşı bir neçə təxribatın əsas təşkilatçılarından olub. Laçın dəhlizində ekofəalların aksiyası davam etdiyi dövrdə "sona qədər mübarizə aparacağıq" demişdi. Amma Anti-terror tədbirlərindən əvvəl məlumat yayılmışdı ki, Qarabağı qadın paltarında tərk etməyə cəhd göstərib.

Araik Arutyunyan - 1992-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz silahlı dəstələrinə qoşulub, Qarabağ müharibəsində separatçı kimi döyüşlərdə iştirak edib. 1995-1997-ci illərdə qondarma respublikanın iqtisadiyyat və maliyyə nazirinin köməkçisi kimi fəaliyyət göstərib. 25 sentyabr 2017 - 6 iyun 2018-ci illərdə qondarma respublikanın dövlət naziri olan Araik, 31 mart 2020-ci ildə Qarabağın prezidenti "seçilib". Arutyunyan Vətən Müharibəsindən əvvəl, müharibə dövründə və sonra Azərbaycana qarşı əsassız bəyanatlar səsləndirib. Müharibə dövründə Gəncə, Bərdə və Tərtər şəhərlərinin bombalanmasına görə ittiham olunur.

Arkadi Qukasyan -  Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti olub. 8 sentyabr 1997-ci ildə prezident "seçilib" və 2002-ci ildə yenidən "seçilib". Müharibə dövründə Qarabağın "müdafiə ordusu"nda aparıcı şəxslərdən olub. Azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib.

Bako Saakyan - Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti olub. 1990-cı ildə Dağlıq Qarabağ "müdafiə ordusu"na qoşulub və  Xocalı soyqırımının əsas iştirakçılarından biridir. Məlumata görə, Saakyan separatçılar üçün xaricdən qaçaqmalçılıq yolu ilə silahlar gətirirmiş. Onun ASALA, Rusiya, PKK, İran və Fransada güclü əlaqələri olub.

David Babayan - Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Xarici işlər naziri olub. Daha sonra prezidentin müşaviri vəzifəsinə gətirilib. O, "vəzifədə" olduğu dövrdə Azərbaycana qarşı müharibə bəyanatları və əsassız ittihamlar səsləndirib.

ABŞ,

ABŞ, İran, Hindistan və Fransa Ermənistanı yeni müharibəyə hazırlayır - Hərbi texnika İrəvandadır - DETALLAR

Levon Mnatsakanyan -  Qondarma DQR-nin keçmiş Müdafiə naziri olub. Müharibənin sonuna yaxın, Şuşa döyüşü zamanı Mnatsakanyan yaxınlıqdakı Şuşakənddə yerləşdirilmiş erməni qoşunlarına komandanlıq edib.

David ManukyanDavid İşxanyan - Onlar da Qarabağın "idarəçiliyində" yer alan şəxslərdəndir. David İşxanyan "parlament sədri" olub. David Manukyan isə Dağlıq Qarabağ "ordusunun" keçmiş komandir müavini idi.

Göründüyü kimi, qeyd edilən şəxslərin Azərbaycan xalqına qarşı açıq nifrəti var. Onların hamısı Ermənistandan dəstəklənib və İrəvanın maliyyəsi hesabına Qarabağda yuvalanıblar. Bununla yanaşı, əksəriyyətinin İran, Fransa, RusiyaABŞ-la əlaqələri mövcud olub.

Bunun nəticəsidir ki, ara-sıra bəzi beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri onların həbs olunmasından Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etmyə çalışır.

Amma rəsmi Bakı bu məsələdə daim qətiyyətli mövqe nümayiş etdirir və bəyan edir ki, Azərbaycan ərazisində separatçılıqla məşğul olan şəxslərə heç bir güzəşt olunmayacaq. Hər birini ağır cəza gözləyir. 

Hazırda onların cinayət işinin istintaqının yekunlaşdırılması və məhkəməyə göndərilməsi ilə bağlı işin aparılması rəsmi Bakının qəti mövqeyinin nəticəsidir. Bu məqam Azərbaycanda separatçılıq meyillərini alovlandırmaq istəyən bütün xarici qüvvələr açıq mesajdır.

Избранный
251
day.az

1Источники