RU

Fransanın yeni baş naziri bəlli oldu – Makron ona xüsusi tapşırıq verdi

Solçu baş nazir təyin etməyəcəyini bəyan edən prezident Emmanuel Makron aylar sonra Fransanın yeni hökumət rəhbərinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, bu vəzifəyə Avropa İttifaqının (Aİ) Brexit üzrə keçmiş baş müzakirəçisi Mişel Barnier təyin olunub.

Fransada son aylarda keçirilən növbədənkənar seçkilər ikinci tura keçib və o vaxtdan bəri baş nazir təyin olunmayıb. Yelisey Sarayından verilən açıqlamada Makronun Barnierə “ölkəyə və fransızlara xidmətdə birləşdirici hökumət qurmağı” tapşırdığı bildirilib.

Barnier iki dəfə Avropa Komissiyasında Fransanı təmsil edib. Sağ mərkəzçi köklərdən gələn Barnier bir çox hökumətlərdə nazir vəzifəsində çalışıb.

Избранный
84
publika.az

1Источники