1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistanda "Qərbi Nil" qızdırmasına ümumilikdə 108 yoluxma halı qeydə alınıb.
Oxu.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.
Onun sözlərinə görə, xəstəliyin yayılma tempi hələ də kifayət qədər səmərəli şəkildə azalmır və bütün ay ərzində aktiv profilaktik işlər aparılmalıdır.
Nazir əlavə edib ki, vəziyyət narahatedicidir, çünki bu xəstəlik bir çox ölkələrdə, təkcə Ermənistanda deyil, uzun illər sonra ilk dəfə aşkar edilib.
"İlk günlərdən qızdırmanın diaqnostikası və müalicəsi üzrə işlər lazımi qaydada aparılıb. Xəstəlik hallarının artmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görülüb", - deyə Avanesyan bildirib.
Qeyd edək ki, Ermənistanda bu xəstəlik diaqnozu qoyulmuş bir xəstə vəfat edib. Daha üç vətəndaşın ölümü barədə məlumat verilsə də, Səhiyyə Nazirliyi bunu təsdiqləməyib.
İndiyə qədər yoluxmaların sayı 92 idi.