RU

Ermənistan ordusunda təxribatçı qüvvələr fəallaşıb: Paşinyan nəzarəti itirir...

Ermənistan hökuməti “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməni təsdiqləyib. Əsasnamənin təsdiq olunduğu gün Kəlbəcər istiqamətində Ermənistan ordusu təxribatlara əl atıb. Göründüyü kimi, Ermənistan ordusunda sabotajçı qüvvələr qalır və onlar hökumətin Azərbaycanla bağlı siyasətinə qarşıdırlar"

Bu sözləri politoloq Məhəmməd Əsədullzadə Sitat.info-ya açıqlamasında deyib. 

O bildirib ki, orduda Paşinyanın əmrinə tabe olmayan qruplar var: "Ötən gün N. Paşinyan 17 bəndlik sülh metinin 14 bəndinin razılaşdırdıqlarini və keçid sülh müqaviləsinin bağlanmasına hazır olduğunu qeyd etdikdən sonra, Naxçıvanla sərhəddə Ermənistan ordusu atəşkəsi pozdu. Ermənistan ordusu daxilində "Yerkrapa" və "Voma" kimi terror təşkilatları varlığını qoruyub saxlayacaqsa, bu kimi təxribatlar baş verəcək".

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycanla sərhəddə erməni mövqelərinə "Yerkrapa" terror təşkilatının rəhbəri Sasun Melkonyanın baş çəkməsi onların təxribatlarda maraqlı olduğunu göstərir: " Ermənistan Baş naziri ordusunda təxribatçı qüvvələri və Azərbaycana qarşı yaradılan silahlı birləşmələri ləğv etməyincə, sülh prosesinə zərbə vuracaq təxribatlara gedəcəklər. Artıq aydındır ki, Ermənistan ordusuna N. Paşinyan tam nəzarət edə bilmir. Orduda bir bəzi generallar ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edir. Xüsusilə keçmiş Qarabağ klanın orduda dayaqları qalmaqdadır".

Nigar,

Sitat.info

Избранный
131
1
sitat.info

2Источники