Azərbaycanın minifutbol komandası "AzNur" Varşavada start götürən Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub.
Fanat.Az xəbər verir ki, "Les Piopio" (Fransa) qarşılaşan təmsilçimiz 2:1 hesablı zəfərə sevinib.
Digər təmsilçimiz "Birbaşa Bakı" isə İspaniyanın "Malaqa" kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsinin digər qarşılaşmaları sentyabrın 6-da reallaşacaq.