RU

Azərbaycan və İtaliya birgə istehsal sahələri yaradır » AzadMedia.az


Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, sənədlərə Azərbaycan-İtaliya dəyirmi masasında imza atılıb, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsini, təcrübə mübadiləsini əhatə edir.

"Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə nazir əlavə edib.
Избранный
108
14
azadmedia.az

10Источники