Dövlət Turizm Agentliyi "Vitam" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, şirkət “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən qeyri-yaşayış binası üçün mebel və avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 499 246,2 manatdır.
Hüseyn