RU

Niko Uilyams ona “Real”a keçməyi təklif etmiş azarkeşi təhqir etdi

Bilbao “Atletik”inin ispaniyalı vingeri Niko Uilyams bir azarkeşin ona karyerasını “Real”da davam etdirmək tövsiyəsinə kobud qarşılıq verib.

Arena.az bu barədə “Cadena SER” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hadisə sentyabrın 3-də İspaniya yığmasının açıq məşqi zamanı baş verib. Bir azarkeş Uilyamsa səslənib: “Gələn il “Real”a, Niko!” Buna isə Uilyms kobud surətdə qarşılıq verib: “Cəhənnəmə ol, əclaf”, deyə Niko “qanacağını” göstərib.

Vurğualayaq ki, bütün yay transfer pəncərəsi ərzində “Barselona” Uilyamsı “blauqrana”nın düşərgəsinə qatmağa çalışsa da, buna müvəffəq ola bilməyib. Uilyams “Atletik”də qalmağa üstünlük verib.

Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir. Hücumçu 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

2023/2024-cü illər mövsümündə Uilyams Bilbao komandasının heyətində 37 oyuna çıxıb, 8 qol vurub, 19 məhsuldar ötürmə verib.

Cari mövsümdə Uilyams “Atletik” üçün 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 126 oyun, 20 qol və 26 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 20 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.

“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
arena.az

1Источники