RU

Bu ölkə Ukraynaya “Patriot” göndərir

Rumıniya Ukraynaya “Patriot” verir.

Rumıniya Prezidenti Klaus İohannis Ukraynaya “Patriot” hava hücumundan müdafiə sisteminin verilməsi ilə bağlı müvafiq qanunu təqdim edib.

Demokrrat.az xəbər verir ki, bu barədə Ukrayna KİV Rumıniya liderinin bəyanatına istinadən məlumat yayıb.

“Bu gün İohannis “Patriot” zenit-raket kompleksinin Ukraynaya verilməsi ilə bağlı hökumətin təşəbbüsü ilə hazırlanan qanun layihəsini təqdim edib. Ukraynaya amerikalı tərəfdaşla razılaşdırılmış konfiqurasiyada “Patriot” veriləcək.

Bundan əlavə, indi Rumıniya hökumətinə yerüstü hava hücumundan müdafiə imkanlarının bərpası üçün lazımi tədbirlər görmək səlahiyyəti verilib. Yəni indi Rumıniya öz səmasını qorumaq üçün Ukraynaya veriləcək “Patriot”un əvəzinə yeni “Patriot” alacaq”, - məlumatda deyilir.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
8
demokrat.az

8Источники