RU

On yaşlı uşaq keçmiş mer və onun qızını öldürdüyünü etiraf edib...

…ABŞ-da hüquq-mühafizə orqanlarının əməkdaşları Minden şəhərinin keçmiş meri və onun qızını qətlə yetirdiyini etiraf edən on yaşlı uşağı həbs ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dəhşətli cinayət barədə “People” jurnalı məlumat yayıb.

Xatırladaq ki, mer Co Kornelius və qızı Keyşa Mayls sentyabrın 1-də evlərində ölü tapılıb. Meyitlərin üzərində çoxsaylı güllə yaraları aşkar edilib. Polisin məlumatına görə, cinayətdə iki müxtəlif silahdan istifadə edilib.

Uşaq amansız qətliamı etiraf edib.

…Bizim etirafımız var, lakin belə hallar çox həssasdır. Onun yaşındakı uşaqla məşğul olanda... İlk növbədə, bunun motivi olub-olmadığını və bu motivin nə olduğunu anlamağa çalışırıq.

Bunuhüquq-mühafizə orqanlarından bildiriblər.

…Oğlan saxlanılıb. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin motivini öyrənməlidirlər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yetkinlik yaşına çatmayan şübhəli eks-merin qohumudur, lakin qohumluq dərəcəsini açıqlamayıb.

Əli Babayev

Избранный
63
16
sia.az

10Источники