Yemək hazırlayarkən daha praktik istifadə etmək üçün sobanın yanında yağ qabı saxlayırıq. Yemək bişirərkən ehtiyacımız ola biləcəyi üçün bu üsulu seçsək də, əslində sobanın yanında yağ saxlamaq son dərəcə zərərlidir.
News24.az xəbər verir ki, aparılan araşdırmalara görə, yağ sobanın yanında saxlanılmamalıdır.
Yemək bişirmək üçün istifadə olunacaq yağı sobanın yanında saxlamaq saxlama üçün seçiləcək ən pis yerlərdən biridir. Yağ işığa məruz qaldıqda oksidləşməyə başlayır. Eyni zamanda sobanın yanında daim dəyişən temperaturlara məruz qalan yağlar qısa müddətdə keyfiyyətini itirməyə başlayır.
Yağın oksidləşməsi və keyfiyyət strukturunun itirilməsi, sonradan yemək zamanı istifadə edildikdə bağırsaq sağlamlığına mənfi təsir göstərir.
Sağlamlığımızı qorumaq üçün yağları daha tünd rəngli şüşələrdə və şkaflarda saxlamaq daha sağlam bir üsul olaraq görünür.
Məryəm İlhamqızı