RU

Tramp Maska prezident olacağı təqdirdə iş təklif edib

Tramp milyarder İlon Maskın başçılıq etdiyi hökumətin səmərəlilik komissiyası yaradacağını bildirib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin Maskın bu quruma rəhbərlik etməyə razılaşdığını bildirib.

Tramp yaradılandan sonra altı ay ərzində “fırıldaqçılıq və düzgün olmayan ödənişləri” aradan qaldırmaq üçün plan hazırlayacağından başqa, belə bir komissiyanın dəqiq necə işləyəcəyi barədə təfərrüatları açıqlamayıb.

"Mən hökumətin səmərəliliyi üzrə komissiya yaradacağam, o, bütün federal hökumətin tam maliyyə və performans auditini aparacaq və köklü islahatları tövsiyə edəcək", - Tramp bildirib.

Qeyd edək ki, Maskın özü daha əvvəl Trampla söhbətindən və iş adamının bu qurumda işləməkdə maraqlı olduğunu bildirib.

Ayxan 

Избранный
117
32gun.az

1Источники