RU

Şahzadə Harri yalnız bu halda kral ailəsinə qayıdacaq

Britaniya kralı III Çarlzın kiçik oğlu, şahzadə Harri yalnız böyük qardaşı Vilyam ondan üzr istəyəndən sonra kral ailəsinə qayıdacaq.

Teleqaf.com xəbər verir ki, Harrinin şərtini "Daily Mirror" mənbələrə istinadən açıqlayıb.

Qeyd olunur ki, qardaşların mənfi münasibətindən sonra Harri kral ailəsi üzvü statusundan imtina edib.

Harri həm də 2023-cü ildə şahzadə Çarlz və onun həyat yoldaşı Kraliça Kamilla haqqında mənfi fikirlər əks olunan avtobioqrafik "Ehtiyat" adlı kitabını nəşr edib. Bu kitabın nəşrindən sonra Şahzadə Vilyam ailəsi Harrini geri dönsə belə qəbul etməyəcəyini açıqlayıh.


Müəllif: Arzu
Избранный
141
teleqraf.com

1Источники