RU

Nəhayət, Ukrayna ordusunun Kursk əməliyyatının 5 məqsədi açıqlandı...-RƏSMİ

Aleksandr Sırski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı rusları on minlərlə hərbçini Kursk vilayətinə köçürməyə məcbur edib...
 
Ukrayna Kursk vilayətində keçirdiyi əməliyyatla Rusiyanın yeni hücumunun qarşısını almaq məqsədi güdürdü. Ukrayna Silahlı Qüvvələrinin bu cür hərəkətləri Sumı vilayətinin əhalisinin qorunmasına kömək etdi.
 
Moderator.az  "TCN"-ə istinadla xəbər verir ki, bu barədə "CNN" telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski danışıb.
 
Generalın sözlərinə görə, Kursk vilayətində əsas hədəfləri aşağıdakılardır:
 
-Rusiyanın Kursk bölgəsindən yeni hücum üçün plastdarm kimi istifadə etməsinə mane olmaq;
 
-Rusiya qüvvələrini başqa istiqamətlərdən yayındırmaq;
 
-Təhlükəsizlik zonası yaratmaq və mülki obyektlərin atəşə tutulmasının qarşısını almaq;
 
-İşğalçıları əsir götürmək;
 
-Ukrayna qoşunlarının və bütövlükdə xalqın mübarizə ruhunu yüksəltmək.
 
Sırski həmçinin xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı Rusiyanı on minlərlə hərbçisini Kursk bölgəsinə köçürməyə məcbur edib. Onların arasında Rusiya Federasiyasının ən yaxşı hava-desant bölmələrinin döyüşçüləri də var.
 
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edənə qədər Ukraynanın Kursk vilayətinin işğal olunmuş ərazilərini nəzarətdə saxlayacağını bildirib.
 
S.Laçın
Избранный
172
50
moderator.az

10Источники