RU

Şəhid Səbuhinin qardaşı DANIŞDI: "Günümüz başqa uşaqlara baxmaqla keçib"

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı olan şəhid Səbuhi Əhmədov haqqında "Baku" TV-də reportaj yayımlanıb.

Publika.az xəbər verir ki, Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. Ölümündən sonra Səbuhi Əhmədov "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin qardaşı Sənan Əhmədov qardaşı ilə bağlı xatirələrini bölüşüb:

O, qardaşı ilə "SOS Uşaq Kəndləri"ndə böyüdüyünü qeyd edib:

"18 yaşımda hərbi xidmətə getdim. Mən geri dönəndən sonra qardaşım da hərbi xidmətə yollandı. Günümüz məktəb və tələbəlik illərində digər uşaqların xoşbəxtliyinə baxmaqla keçdi. Uşaq evində böyüyən uşaqlar üçün reallıq budur. Özümüzə bir yuva qurmaq istəyirdik. Mən bunu özəl iş yerlərində qura bildim. Qardaşım isə hərbidə hərbçilərlə həmin ailə bağını qurmuşdu. Bizim həmişə bir sözümüz var idi: bir-birimizdən başqa kimsəmiz yoxdur. Bu söz bizə təsəlli idi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
publika.az

1Источники