RU

Bayden Cənubi Koreya ilə Şimali Koreyanı səhv saldı

ABŞ prezidenti Co Bayden Şimali Koreyaya bu ölkədə kompüter çiplərinin istehsalını müzakirə etmək üçün səfər etdiyini deyərkən növbəti dəfə səhv edib.

Editor.az xəbər verir ki, onun çıxışı Amerika televiziya şirkətləri tərəfindən yayımlanıb. Bayden Viskonsin ştatında deyib: “Mən Şimali Koreyadan Cənubi Koreyaya və onun hüdudlarından kənarda kompüter çipləri fabriklərinin burada (ABŞ-da) açılmasına təkan vermək üçün bütün dünyanı gəzmişəm”.

Bundan əvvəl isə Amerika lideri Ukraynanı Uranla səhv salaraq səhv danışmışdı. Vaşinqtonda NATO sammitində çıxış edən Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna demokratiyasına son qoymaq və Uran mədəniyyətini məhv etmək istəyir.

Qeyd edək ki, bu yay ABŞ-da Amerika prezidentinin tez-tez dil sürüşməsi və qəribə davranışları səbəbindən onun qabiliyyəti və sağlamlığı ilə bağlı müzakirələr başlayıb. Ağ Evin sözçüsü Karine Jean-Pierre siyasətçinin hərtərəfli tibbi müayinədən keçdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az

Избранный
111
editor.az

1Источники