RU

Erməni kilsəsinin dəyişməz xisləti

Yaxud xristianlıqda “armenizm” xəstəliyi

Bütün ermənilərin katolikosu II Qareginin mövcud erməni hakimiy­yətinın apardığı siyasətə qarşı olduğu sirr deyil. Sübut kimi Baqrat Qalstan­yanın ötən aylarda yürüş və mitinqlə­rini xatırlamaq yetərlidir. Paşinyan “revanşizmin yuvası” adlandırdığı bu dini mərkəzdən gələ biləcək “təh­lükələri” zərərsizləşdirmək tədbirləri görməyə çalışdı, amma göründüyü kimi, ona bəzən bu qurumdan yarar­lanmaq daha sərfəli variantdır. 

Erməni Qriqorian kilsəsi bütün dövr­lərdə erməni irqçi düşüncəsinin lokomotivi olmaqda davam etməkdədir. II Qareginin 2 sentyabr 2024-cü il tarixli bəyanatında da Azərbaycana qarşı ərazi iddiaları açıq səsləndirilmişdir. Bundan əvvəl də dini rəhbər, guya, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə xristian abidələrini məhv etdiyini bildirmiş və Ermənistanın bəzi qurumları beynəlxalq təşkilatlara əsassız müraciətlər göndərmişdilər. Bütün dün­ya bilir ki, Azərbaycan tolerant dövlətdir, multikultural dəyərlərə dövlət səviyyəsin­də əhəmiyyət verir. 

Ermənistanın rəsmi hakimiyyəti kilsə­nin – həm Eçmiədzin, həm də Kilikiya ka­tolikosluğunun apardığı təxribatçı siyasə­tin fərqindədir. Amma bu fəaliyyət ona sərf etdiyindən səsini çıxarmır. Bu, Ermə­nistan hakimiyyətinin dolayısı yolla başqa bir dildən ölkəmizə qarşı aparılan gizli məramlarının üzə çıxarılmasıdır. Kilsənin konsepsiyasında “Böyük Ermənistan“ ide­ologiyasının tərkib hissəsi kimi, Qarabağ, Naxçıvan və Ahıska (Cavaxetiya) Ermə­nistan ərazisi kimi keçir. Ermənistan kons­titusiyasının preambula hissəsində də eyni mövqe vardır. Azərbaycana ərazi iddiası erməni kilsəsinin yeni iddiası deyil. Ka­tolikosun sələfləri də belə bölücü iddiaları hər zaman dilə gətirmişlər. Qonşu dövlət­lərə qarşı təcavüzkar əməllər dini mərkəz­lərdə hazırlanaraq cəmiyyətə sirayət edib.

“Eçmiədzin” jurnalının 1956-cı il may nömrəsi diqqətimizi çəkdi. Orada qeyd edilir ki, mayın 12-də bütün ermənilərin katolikosu I Vazgen Moskvada SSRİ Na­zirlər Sovetinin Sədri Nikolay Bulqaninlə görüşüb. Jurnalda gedən bu qısa qeyddən başqa heç bir məlumat verilmirdi. Az adam bilir ki, həmin görüşdən əvvəl I Vazgen Bulqaninə iki məktub göndərmiş və həmin məktublarda katolikos erməni xalqının taleyi ilə bağlı bir sıra “təkliflər” irəli sür­müşdü. Bu məktublar uzun zaman “məxfi” qrifi ilə saxlanılmışdı. İndi onların gizliliyi aradan qalxıb. Həmin məktubların surətləri hazırda Ermənistan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır (f. 409, op. 1, d. 5787, s. 1-8). 

Birinci məktubda I Vazgen Şimali Qafqaz, Orta Asiya və xüsusən də Azər­baycan və Gürcüstan ermənilərinin mənəvi həyatının və təhsilinin acınacaqlı vəziyyə­tini təqdim edərək, təcili həllini tələb edən tədbirlər kompleksi təklif edir. “Azərbay­can ərazisində yarım milyondan çox er­məni yaşayır, lakin orada cəmi iki kilsə var - Bakıda və Kirovabadda (Gəncədə). 200 minə yaxın erməninin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətində rayon mərkə­zində deyil, ucqar kəndlərdən birində cəmi bir kilsə var. Naxçıvan bölgəsinin erməni əhalisinin yaşadığı ərazilərdə də kilsə yox­dur”, – katolikos yazır.

İkinci məktubda I Vazgen “əsasən er­mənilərdən ibarət olan” Dağlıq Qarabağ Muxtar bölgəsi, Naxçıvan MSSR və Axal­kalaki vilayətinin məsələlərinin “ədalət­li” həlli məsələsini vurğulayır. Katolikos göstərilən əraziləri Sovet Ermənistanına birləşdirməyi təklif edir. O, öz təklifini doğma yurdlarından qovulmuş diaspor ermənilərinin tələbi, doğma torpaqlarında birgə yaşamaq istəyi ilə “əsaslandırır”. 

Bu gün başqa bir katolikosun – II Qareginin torpaqlarımıza iddia etmə­si həmin ənənənin davamıdır və heç vaxt dəyişməyəcək bir siyasi təhdid kimi ortaya çıxmışdır. Bu onu göstərir ki, Azərbayca­nın Ermənistanın konstitusiyasının pream­bula hissəsinin dəyişdirilməsi tələbi ye­rindədir. Çünki Ermənistan dövləti və ona mənsub dini və siyasi qurumlar Azərbay­cana qarşı ərazi iddialarından əl çəkməyə­cəklər. Əlbəttə, katolikosun belə separatçı meyilləri və “milli” fikirləri daxildə də özünə dəstəkçilər tapır. 

Qarabağ separatçılarının sonuncu “li­deri” Samvel Şahramanyanın katolikosa dəstək verməsi də təsadüfi deyil. O cümlə­dən keçmiş XİN rəhbəri Vardan Oskanya­nın da fəallaşmasından Ermənistanın siyasi rəhbərliyinin xəbərinin olmaması mümkün deyil. Paşinyan bir tərəfdən dünyaya özü­nü sülhə can atan adam kimi göstərir, o biri tərəfdən isə guya, arası olmadığı adamla­rın vasitəsilə erməni iddialarını yeniləyir. Dəfələrlə ifadə edilmişdir ki, ermənilər həm öz resursları, həm də beynəlxalq təş­kilatların imkanlarından yararlanaraq, Qa­rabağa ermənilərin qaytarılması məsələsi ilə üstümüzə gələcəklər. Kilsə dini abidələ­ri bəhanə edəcək, siyasət adamları hansısa insan hüquqlarını önə sürəcək, missiyası­nı tamamlamış Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovia Klaar kimilərinin dilindən səslənən fikir­ləri öz xeyirlərinə yozaraq, hansısa bey­nəlxalq hüquqdan danışacaqlar.

Bu gün xristian dini erməni siyasi eli­tasının, hakimiyyətin əlində hansısa məkrli niyyətlərini həyata keçirmək üçün bir va­sitəyə çevrilib. Bütün tarixi dövrlərdə belə olub. İrqçi ideoloq Qaregin Njde vaxtilə deyirdi ki, “ermənilərin əsl dini armenizm­dir”. Yəni, bu, o deməkdir ki, bütün tarixi dövrlərdə mənsub olduqları dindən – xris­tianlıqdan erməni ideallarının gerçəkləş­məsi üçün istifadə etmişlər.

Erməni tarixində və milli sivilizasiya­sında armenizmin (başqa sözlə, erməni­liyin) mənşəyini araşdırarkən onu erməni tarixi və mədəniyyəti, xristian ideologi­yası ruhundan kənarda düşünmək olmaz. Elm və inanclar sistemi kimi ermənilik ideologiya ilə yüklüdür və özünü qoruma istiqamətindədir. Həmçinin bu ideologiya erməni millətinin dövlət anlayışı ruhun­da formalaşmağa meyillidir. Ermənilərin 1918-ci ilə qədər dövləti olmadığından erməni kilsəsi dövlət funksiyalarının bö­yük bir bölümünü öz üzərinə götürmüşdü. Ümumən, xristianlıq birləşdirici xüsusiy­yətə malik bir dindir. Amma yuxarıdakı inanc sisteminə əsaslansaq, armenizm Məsihin (ə.) İlahiliyini qəbul deyil, inkar edir. Armenizm vaazı da, əhdi-ətiq və əh­di-cədidi də inkar edir. Armenizm xristian­lığı anti-milli və anti-dövlət ideologiyasını qəbul etməyən bir din hesab edir. İstəkləri reallaşmadıqda xristianlığın özünə belə üs­yan bayrağı qaldırırlar. Ona görə də bəzi hallarda armenizm xristian dinindən önə keçir. Əslində, burada irqçi ideologiya öz rolunu oynayır. 

Hayların xristianlıqdan öncə mənsub olduqları din – arevizm də eyni məqsədləri reallaşdırmaq üçün bir vasitə olub. Aratta dövlətinin ilahi dinə sitayiş etməsi xristi­anlıqdan əvvəl Armeniya coğrafiyasındakı xalqların (onlar indiki haylar deyil) mən­şəyi ilə izah edilməlidir. Əslində, Günəşi tanrı hesab edənlərin sonradan xristianlığı qəbul etməsi çətin olmayıb. Xristianlıqdan əvvəl hayların dini arevizm idi. Arev – həm Grabarcada, həm də Aşxarabarda, yəni müasir ermənicədə “Günəş” deməkdir. Ay­dındır ki, qədim Armeniyada məskunlaşan insanların mənəvi ruhunda Günəş totemi dayanırdı. İnanca görə, Günəş məhsuldar­lıq və dirçəliş mənbəyi kimi qəbul edilirdi.

(ardı var) 

Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri

Избранный
134
xalqqazeti.az

1Источники