İsrail Müdafiə Nazirliyi xüsusi proqram çərçivəsində pilotsuz uçuş aparatları (PUA) və digər sistemlərin inkişafı üçün texnoloji startaplara 500 milyon dollar ayıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşrinə İsrail Müdafiə Nazirliyinin Planlaşdırma, İqtisadiyyat və İnformasiya Texnologiyaları departamentinin direktoru Nir Veinqold bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında əməliyyatın tənqid edilməsinə baxmayaraq, Ukrayna böhranı və dünyada baş verən digər silahlı münaqişələr İsrailin müdafiə texnologiyalarına marağını kəskin artırıb. O bildirib ki, bununla bağlı İsrail ordusu perspektivli inkişafı dəstəkləmək üçün xüsusi proqrama başlayıb: “Nazirlik hazırda 270 startapla əməkdaşlıq edir, onlardan 100-ü proqramda birbaşa iştirak edir. Bu şirkətlər öz texnologiyalarını inkişaf etdirmək və sınaqdan keçirmək üçün dörd-altı ay vaxt sərf edirlər. Uğurlu olarsa, onlar Müdafiə Nazirliyindən əlavə sifariş və təxminən 5 milyon dollar maliyyə ala bilərlər”.
Sadiq Cavadov