RU

Detokslar bu xəstəliklərə səbəb olur -  AÇIQLAMA

Detokslar Detokslar bu xəstəliklərə səbəb olur -

"Bir çox insanlar arıqlamaq və ya qarın ətrafı piylərdən qurtulmaq üçün qeyri-peşəkar, hal-hazırda dəbdə ola detokslardan istifadə edirlər. İlk növbədə bilmək lazımdır ki, hər hansı qida davranışında dəyişiklik edilirsə və yaxud orqanizmin vərdiş etmədiyi qidalar qəbul edilirsə, əvvəlcə bunu yoxlamaq lazımdır".

E-saglam.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, detoks hazırlayarkən hər hansı bir fərqli meyvəni, tərəvəzi və turşuluq səviyyəsi yuxarı olan qidaların qarışımından istifadə edirlər:

"Bunu düzgün şəkildə etməsələr insan orqanizminə zərərli ola bilər. Eyni zamanda da allergik reaksiyalara gətirib çıxara bilər. Mədə turşuluğunun artması nəticəsində həzm problemləri yarana bilər. Belə detoksların tərkibində daha çox lifli qidalar olduguna görə bağırsaq mikroflorasının pozulması ishala gətirib çıxara bilər".

Ekspert qeyd edib ki, bu kimi içkiləri daha aşağı kalorili qidalardan hazırlayırlar:

"Bunlar da əzələ itkisinə səbəb olur. Dəridə sallanmalar, boşluq olur. Bu da gələcəkdə geridönüşü olmayan xoşagəlməz görüntülər və sağlamlıq problemlərinə səbəb ola bilər. Detoksdan istifadə etməkdənsə, gündəlik qidalar balanslı şəkildə qida qəbul edilməlidir. Qidaları rejimli şəkildə qəbul etmək lazımdır. Əks halda birnövlü qidaların qəbulu orqanizmdə digər vitamin və mineral çatışmazlığına gətirib çıxara bilər".

E-saglam.az

Избранный
67
1
e-saglam.az

3Источники