RU

"Rusiya və Azərbaycan bu gün regional siyasətdə əsas tendensiyaları müəyyən edir" - rusiyalı deputat

Image

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev  ölkələrimiz arasındakı münasibətlər barədə danışıb. Mətbuata açıqlamasında rusiyalı deputat bildirib ki, Rusiya və Azərbaycan bu gün mübaliğəsiz, regional siyasətdə əsas tendensiyaları müəyyən edir. "Bizim Cənubi Qafqazdakı ümumi maraqlarımız uzunmüddətli sülh, vəziyyətin sabitliyini pozan oyunçuların xaric edilməsidir. Bu məsələlərdə qarşılıqlı anlaşma Rusiya və Azərbaycana regionda təhlükəsizliyin və inkişafın təminatçısı kimi çıxış etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, Rusiya və Azərbaycanın maraqları təkcə regional deyil, həm də qlobal miqyasda üst-üstə düşür. Təsadüfi deyil ki, Vladimir Vladimiroviçin Bakıya səfərindən dərhal sonra Azərbaycan rəsmi olaraq BRICS təşkilatına üzv olmaq üçün ərizə təqdim etdi ki, bu da bizim tərəfdaşlığı gücləndirmək üçün yeni platforma ola bilər."- rusiyalı deputat bildirib.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
baki-xeber.com

1Источники