RU

Yaponiyada çox işləmək səbəbindən ölüm halları artıb

 Yaponiyada işçilər müdirlərin qadağası səbəbindən işdən istefa vermək hüququndan istifadə edə bilmir. 


Ölkədə işçini normadan artıq işlətmək tendensiyadı yaranıb,  bir çox işçilər iş yerində 12 saata qədər vaxt keçirir. Eyni zamanda bəzi şirkətləri tərk etmək o qədər də asan deyil.üdirlər istefa məktublarını cırır, işçiləri sıxışdırır, hətta onları  təhqir edirlər. Bu barədə CNN xəbər verir. 


Analitiklərin fikrincə, ən çox buna kiçik və orta biznesdə çalışanlar, qida sənayesində işləyənlər məruz qalır. 


 Vəziyyət o qədər kritik həddə çatıb ki, hökumət işçilərin istefasını çətinləşdirmək üçün qeyri-etik hərəkətlərə yol verən işəgötürənlərin siyahısını dərc etməyə başlayıb. 


Hazırda 370-ə yaxın şirkət qara siyahıya salınıb. 


Yaponiyada aryıq "həddindən artıq işləməkdən ölüm” halları artmağa başlayıb. 


N.Təbrizli

www.anews.az
Избранный
144
anews.az

1Источники