RU

Jurnalistika ixtisasının rus bölməsinə maraq yoxdur – Qəbul azalıb

Son illərdə Azərbaycanda jurnalistika sahəsinə maraq atıb. Bu peşəyə sevgi, gənclərin televiziyalarda məşhurlaşmaq istəyi sözügedən fakultəyə axını stimullaşdırır.

Qeyd edək ki, media sahəsi üzrə ixtisaslar Azərbaycanda 5 ali təhsil müəsissəsində – Bakı Dövlət Universitetində (BDU), Bakı Slavyan Universitetində (BSU), Azərbaycan Dillər Universitetində (ADU), Naxçıvan Dövlət Universitetində (NDU) və ADA-da tədris olunur. Lakin son dövrlərdə rusdilli abituriyentlərin jurnalistika ixtisasına qəbulunun sayında azalma müşahidə olunur. Hətta jurnalistika ixtisası üzrə rus bölməsi yalnız BDU və BSU-da mövcuddur.

Maraqlıdır, bu il jurnalistika fakültəsinin rus bölməsinə qəbul nə qədər olub?

Araşdırmalar zamanı məlum oldu ki, cari tədris mövsümündə BSU-da sözügedən ixtisasın rus bölməsi üzrə qəbul sifarişi olunmayıb.

Ümumilikdə rus bölməsi üzrə 365 plan yeri ayrılıb ki, burada da qəbul 100 %-dir.

BDU-da isə bu il üçün jurnalistikanın rus bölməsi üzrə ayrılan 15 yerin hər biri öz sahibini tapıb.

Məlik Məlikov,

KONKRET.az

Избранный
142
konkret.az

1Источники