RU

Öd daşı xəstəliyinin əmələ gəlməsində əsas amillərindən biriyaş faktorudur -SN

Bakı. Trend:

Öd daşı xəstəliyinin əmələ gəlməsində iştirak edən əsasamillərindən biri də yaş faktorudur. Müasir dövrdə ÖDX-nin yaşlınəsil arasında həzm traktı orqanlarının ən çox yayılanpatologiyalardan biri hesab edilir. Bu barədə Səhiyyə NazirliyiAkademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbəmüdiri Əliniyaz Məmmədov deyib.

Trend Ə.Məmmədov ilə müsahibəni təqdim edir:

- Əliniyaz müəllim, ilk öncə bilmək istərdik ki, öd daşıxəstəliyinin əmələ gəlməsində cinsi mənsubiyyətlik faktorunəhəmiyyəti varmı?

- Öd daşı xəstəliyi (ÖDX) xoş xassəli xəstəliklər qrupuna aidolsa da, ÖDX-nin etiologiyasında gender faktoru, yaş, qidalanmarejimi, urbanizasiya kimi proseslərin iştirakı məsələlərinə dahaçox tibbi-sosial baxımdan yanaşmağı tələb edir.
Bir sıra fundamental epidemioloji tədqiqatların nəticələrinə görə,öd daşı xəstəliyinin yaranmasında önəmli rol oynayan faktorlariçərisində gender amili ilk yerlərdən birini tutur. ÖDX-ninqadınlarda və kişilərdə rast gəlmə tezliyinin fərqi ancaq cinsiyetişkənlik dövründən sonra müşahidə edilir. Bu da cinsihormonların təsiri və disproporsiyası ilə bağlıdır. Elmi cəhətdənsübut olunub ki, menopauza dövründə hormonal sistemdə müşahidəedilən dəyişikliklər öd kisəsinin yığılma funksiyasının azalması vəödün fiziki-kolloidal vəziyyətində disbalansa səbəb olur. Kişilərdəisə hormonal pozğunluğun öd daşlarının yaranmasında hansısa birrolu müəyyən edilməyib. Qadınlarda xolelitiazın əmələ gəlməsindəəhəmiyyətli yeri həmçinin çoxsaylı hamiləliklər, doğuşların çoxolması, çoxsaylı abortlar tutur. Bu da orqanizmdə hormonal fonundəyişməsi nəticəsində öd kisəsinin təqəllüs funksiyasınınzəifləməsi, öd turşularının ifrazının azalması, ödün fiziki-kimyəvivə reoloji xüsusiyyətlərinin dəyişməsi və digər faktorlarlaəlaqədardır.
Öd daşlarının əmələ gəlməsi ən çox 22-25 və 41-45 yaşlarda olanxanımlarda rast gəlinir.
Qadınlarda ödün tərkibində biokimyəvi destabilizasiya yaradanmetabolik pozğunluqların əsas səbəbi qanda esterogenlərinsəviyyəsinin artmasıdır. Estrogenlər qaraciyər reseptorlarındalipoproteinlərin əmələ gəlməsini stimullaşdırır, bağırsaqlardanxolesterinin sorulmasını və onun ödə sekresiya olunmasınıgücləndirir.

- Doktor, qidalanma və yaş faktorunun bu xəstəliyin yaranmasındaəhəmiyyəti necə qiymətləndirilir?

- Genetik olaraq ana xətti ilə bu xəstəliyə meyillilik dahaçoxdur, nəinki ata xətti ilə. Aparılan tədqiqatlar göstərir ki,valideynlərində xolelitiaz olan uşaqların ödünün tərkibindəxolesterinin miqdarı daha çox olur.
Yaşla əlaqədar olaraq öd daşı xəstəliyinin artması öd kisəsindəgedən involyativ dəyişikliklərlə əlaqədardır. Belə ki, kisəninböyüməsi, uzunluğunun artması (divarda əzələ tonusunun vəelastikliyin azalması hesabına) tədricən əzələ qişasındaatrofiyanın inkişafına və arteriyanın endotelisinin fibrozlaşmasınasəbəb olur. Bütün bunlar öd kisəsinin motor-evakuator funksiyasınınaşağı düşməsinə və öd durğunluğuna gətirib çıxarır. Yaşlı adamlardauzunmüddətli alimentar yükə davamlılıq azalır, ekzogen xolesterinmetabolizmi əhəmiyyətli dərəcədə yavaşıyır, bundan əlavə orqanizminxolesterinə tələbatı azalır. Bütün bunlar xolesterinin ödlə aşırımiqdarda xaric olmasına gətirib çıxarır. Bu da ödün tərkibindəciddi disbalansa səbəb olur.
Öd daşı xəstəliyinin əmələ gəlməsi ilə əhalinin qidalanma rejimiarasında da çox sıx əlaqənin olması müəyyən edilib. Qidanıntərkibində heyvani yağların, xolesterinin, rafinə olunankarbohidratların olması ödün xolesterinlə normadan artıqzənginləşməsinə gətirib cıxarır.
Balanslaşdırılmamış qida qəbulu, çox yemək, bədən çəkisininartması, xolelitiazın inkişafı üçün zəmin yaradan əsas riskfaktorlarından hesab edilir. Piylənmə dərəcəsinin artması iləxolestiazın əmələ gəlmə mexanizmi arasında düz mütənasiblikmövcuddur. Bədən çəkisinin artması xolesterinin daha çoxhazırlanmasına səbəb olur. Bədən çəki indeksinin 35-dən yüksəkolması öd daşlarının əmələ gəlmə riskini istər kişi, istərsə dəqadınlarda 20 dəfədən çox artırır.
Kortəbii arıqlama da cox vaxt ciddi neqativ hallara səbəb olur.Qida tərkibində bəzi əsas ərzaqların azaldılması, onlarındisproporsiyası, həmçinin uzun müddətli aclıq öd turşularınınentero-hepatik sirkulyasını pozur. Nəticədə öd turşularınınxolesterini həll olan halda saxlamaq üçün miqdarı kifayətetmədiyindən ödün litogenliyi artır, bu da, öz növbəsində daşınəmələ gəlməsinə səbəb olur.

- Müasir dövrdə insanlarımızda az hərəkətlilik özünü dahaqabarıq göstərir. Bu faktorların öd daşı xəstəliyində rolunecədir?

- Hipodinamiya və adinamiya ilə bağlı olaraq da insanlardaxolelitiazın inkişafına dair fikirlər mövcuddur. Bəzi qrupinsanlarda məsələn, həftədə 40 saat televizora baxanlarda və digəroturaq işi olanlarda öd daşı xəstəlyinin əmələ gəlmə riski 2 dəfəçox olur. Öd daşı xəstəliyi ağır fiziki əməklə məşğul olan əhaliqrupu arasında daha az rast gəlinir.
Öd daşı xəstəliyinin qəbul olunan xarici risk faktorlarına,həmçinin sürətli urbanizasiya nəticəsində həyat və qidalanmarejiminin birdən–birə dəyişməsi və s. aid edilə bilər.

- Xəstəlik özünü hansı əlamətlərlə biruzə verir?

- Xəstəliyin klinik əlamətləri daşın harada yerləşməsi, ölçüsü,tərkibi, miqdarı, yanaşı olaraq infeksiyanın qoşulması, ödyollarının funksional vəziyyəti, həzm traktının başqa sistemlərininnə dərəcədə zədələnməsindən asılıdır. Daş öd yollarında olarsa,ağrının intensivliyi daha davamlı olur və mexaniki sarılıqəlamətləri ilə (skleranın saralması, sidiyin tündləşməsi və s.)özünü göstərir. Ağrı tutmaları adətən qidalanma rejimi pozulduqda(cox yemək, yağlı qida və yumurtadan istifadə və s.), fiziki vəəsəbi gərginlik nəticəsində meydana çıxır.
Ağrı tutmaları əksər hallarda qarında köp, ürək bulanma və qusmailə müşahidə olunur. Həmçinin, yüksək hərarət, üşütmə halı da olabilər. Bu da xolangit və ya xolesistitin olmasına dəlalət edir
Ahıl və yaşlı adamlarda xəstəliyin gizli gedişli olması dahaxarakterikdir. Belə xəstələr uzun müddət periodik olaraq, xüsusənqidalanma rejimi və qida rasionu pozulduqda, sağ qabırğa altında,əsasən sağ çiyinə, kürəyə, ürək nahiyyəsinə irradiasiya edən(yayılan) küt ağrılardan və xoş olmayan hissiyatdanşikayətlənirlər.
Öd daşı xəstəliyinin yaşlı adamlarda atipikliyinə səbəb patolojiprosesə digər qonşu orqanların da (onikibarmaq bağırsaq, mədə,qaraciyər, mədədaltı vəzi, bağırsaq) cəlb olunması iləəlaqədardır.

- Sonda öd daşı xəstəliyinin müalicəsi barədə məlumatverərdiniz…

- Öd daşı xəstəliyinin tam və dəqiq diaqnozu kompleks yanaşmayolu ilə xəstənin şikayətləri, ətraflı fiziki yoxlamalar, bir sıralaborator və instrumental müayinələr əsasında müəyyən edilir.Diaqnozun vaxtında aşkar olunması olduqca vacib məsələdir. Yuxarıdaqeyd olunduğu kimi, öd daşlarının əmələ gəlməsi daşların ödkisəsində görünməsindən çox əvvəl başlayır. Ona görə də problemitibbi-bioloji və sosial-gigiyenik baxımdan araşdıraraq, xəstəliyəsəbəb olan risk faktorlarını aşkar edib, vaxtında və düzgünkompleks profilaktik tədbirlər həyata kecirməklə, onun qarşısınıalıb, daha uğurlu nəticə əldə etmək mümkündür.

Məqalədə:
Избранный
131
3
az.trend.az

1Источники