“İsveçlə Bakıda keçirilən əvvəlki matçda erkən qollar vurmuşduq. Ona görə də rahat oynamışdıq. Bu dəfə isə qol epizodlarımızı dəyərləndirə bilmədik. Bu səbəbdən də çətinliklə üzləşdik”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının I turunda Bakıda İsveçə 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib. Yarımmüdafiəçi rəqibin təzyiqindən çıxa bilmədiklərini söyləyib: “Rəqibin gücü məlumdu. İsveç millisinin heyətində yüksək səviyyəli futbolçular var. Biz isə qol vura bilməyəndə çətinliklə üzləşirik. Rəqibin təzyiqindən çıxa bilmədik”. Mahmudov penalti zərbəsini Ramil Şeydayevin vurmasına da aydınlıq gətirib: “Daha əvvəl Ramil də penalti vurub. O epizodda isə xahiş etdi, mən də topu ona verdim, problem yoxdu”. Millimizin kapitanı sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçiriləcək matç barədə də danışıb: “Artıq İsveçlə oyunu unutmalıyıq. Qarşıdakı görüşü fikirləşməliyik. Bizim üçün vacib oyundu. Slovakiya millisi də güclü rəqibdi. Çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq”. Qol.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта