RU

"Telegram"da moderasiya başlayır

"Telegram" özəl kanalların moderatorluğuna başlayacaq.

 

Modern.az xəbər verir ki, şirkət şəxsi söhbətlərin moderasiya sorğularından qorunduğunu göstərən məlumatı cavablar səhifəsindən silmək üçün sentyabrın 5-də siyasətini yeniləyib.

 

İstifadəçilər artıq şəxsi qruplarda paylaşılan qeyri-qanuni məzmunu moderatorlara bildirə bilərlər. Şirkət həmçinin müvafiq linki əlavə etdikdən sonra məzmunun silinməsi üçün moderatorlara sorğu göndərilə bilən e-poçt ünvanı buraxıb.

 

Əvvəllər "Telegram" bu cür şikayətlərə baxmırdı.

Избранный
152
modern.az

1Источники