RU

Estoniya Britaniyaya həbsxana icarəyə verəcək

Böyük Britaniyadakı məhbuslar cəzalarını çəkmək üçün Estoniyaya göndərilə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın ədliyyə nazirliyi məlumat açıqlayıb.

Bildirilib ki, Estoniya Böyük Britaniyaya həbsxana icarəyə verəcək, beləliklə həbsxanalardakı həddən artıq sıxlıq aradan qaldırılacaq. 

Bu məsələnin bu həftə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Avropa Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir. Məhbusların Estoniyaya göndərilməsi planının həyata keçirilməsi üçün Estoniya hökuməti ilk növbədə bu məsələni parlamentdə müzakirə edərək təsdiq etməlidir.

Böyük Britaniyada məhbusların ümumi sayının 2027-ci ilin martına qədər 89 mindən 106.3 minə yüksələcəyi gözlənilir.

 

Gözəl Həşimova

Избранный
53
iqtisadiyyat.az

1Источники