RU

"Ombudsman tərəfindən ölkədə biznes və insan hüquqları sahəsi ilə bağlı mövcud vəziyətinin qiymətləndirilməsi aparılıb"

"Ətraf mühitin qorunması, ekoloji dayanıqlılığın təmin olunması və digər bəşəri əhəmiyyətli hədəfləri müəyyən edən dayanıqlı inkişaf məqsədlərinin icrasının təmini, ətraf mühitin mühafizəsi və sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxlaq normaların ölkə səviyyəsində implementasiyası istiqamətində tərəfimizdən müvafiq işlər aparılır".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Hüquq və İqlim" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu sahədə geniş maarifləndirmə fəaliyyəti həyata keçirilir: "Dövlətlərin və biznes qurumlarının insan hüquqları sahəsində, xüsusilə münaqişə və postmünaqişə dövründə məsuliyəti ilə bağlı mühüm müddəları əks etdirən BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin ölkə səviyısəndə implemenatasiyası istiqamətində tərəfimizdən aparılan işlər də müstəsna əhəmiyət kəsb edir. Əsas hədəf qeyd olunan sahə üzrə dövlət qurumları, ictimai təşkilatlar, biznes strukturlarının işinin əlaqələndirilməsi, maarifləndirmə işinin aparılması və sahəvi milli fəaliyət proqramının hazırlanması təşkil edir. Bununla əlaqədar Ombudsman tərəfindən biznes və insan hüquqları sahəsi ilə bağlı ölkədə mövcud vəziyətinin qiymətləndirilməsi aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

Şəbnəm Mehdizadə

Избранный
58
e-huquq.az

1Источники