RU

Münhen qətliamı:Yəhudilərə qarşı terror, yoxsa, haqsızlığa qarşı cihad?

Qərb dünyasının 1967-ci ildə təşkil etdiyi Ərəb-İsrail müharibəsi  əslində İngiltərə və Fransanın müsəlman dünyasına ilk hücumu deyildi. Onlar bu dəfə öz məqsədləri xatirinə bölgədə İsraili qızışdıraraq döyüş meydanına atdı.

Tarixə “6 günlük müharibə” adı ilə düşən bu savaş 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir, Suriya və İordaniya arasında baş verdi.

Müharibəyə səbəb isə belə olmuşdu: İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını İngiltərə və Fransanın yardımı ilə işğal etdi .Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.


Altıgün müharibəsində İsrailin asanlıqla qazandığı qələbəsi İsrail Silahlı Qüvvələrində həddindən artıq özünəinamın yaranmasına səbəb oldu. Bunun nəticəsində də, Yom Kippur  (1973-cü il. Bəzi mənbələrdə  Ərəb-İsrail müharibəsi də adlandırılır. Döyüşlər ən çox 1967-ci ildə baş vermiş Altıgünlük müharibə ərzində İsrail tərəfindən ələ keçirilmiş ərazilərdə, Sinay yarımadasında və Qolan təpələrində baş tutmuşdur. Müharibənin baş verməsinin əsas səbəblərindən biri də Misir prezidenti Ənvər Sadatın Süveyş kanalını yenidən açmağa cəhd etməsi olub).
  Müharibəsinin ilk günlərində İsrail anidən məğlub oldu, lakin bir müddət keçdikdən sonra İsrail qüvvələri yenidən üstünlüyü ələ ala bildilər. Müharibənin yaratdığı ən böyük problemlərdən biri də qaçqınlar məsələsi oldu.

Müharibə nəticəsində 300.000 fələstinli İordan çayının qərb sahilindən, təxminən 100.000 suriyalı isə Qolan təpələrindən köçməyə məcbur oldu. Ərəb dövlətlərində yaşayan yəhudilər ya ölkədən qovuldular, ya da ölkəni tərk etməyə məcbur edildilər. Köçənlər daha çox İsrailə və Avropaya köçdü.

Ərəb dövlətlərindən Misir, Suriya, İordaniya müharibədə birbaşa iştirak etsə də, onlara İraq və Livan hərbi yardım göstərmiş, demək olar ki, yerdə qalan digər bütün Ərəb dövlətləri iqtisadi və siyasi dəstək verdilər.
Buna , müharibənin sonunda Ərəb dövlətləri acınacaqlı şəkildə məğlub oldular. Ərəb müharibələri ağır dərəcədə baş vermiş məğlubiyyətlərini ABŞ-nin İsrailə dəstək verməsi ilə əsaslandırırdılar.

Ərəb ölkələri İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməməsi ərəblər və yəhudilər arasında daimi bir gərginlik yaratdı.

Altı günlük müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq İsrail və Ərəb ölkələri sürətlə silahlanmağa davam edirdi. Münhen qətliamı kimi tarixə düşən qətliam isə bu gərginliyin bir parçası olaraq qiymətləndirilə bilər. Beləki, 1972-ci il  6 sentyanr da Qərbi Almaniyanın Münhen şəhərində Yay Olimpiya Oyunları keçirilirdi.

Sonradan adı “Qara sentyabr” kimi qeyd edilən müsəlman təşkilatının üzvləri həmin vaxt terror aktı törətdi. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələndi.
Mənbələr qeyd edir ki, Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqrit və Biram olaraq adlandırır, kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb edirlər.


Maraqlıdır ki, özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudi və xristian köklərə sahib bir ailədə dünyaya gəlib. Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur.
Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən girovların uğursuz xilas etməi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü.

Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olundu.



Qətliam Olimpiyadanın yarıda dayandırılmasına səbəb olmuşdur. Hadisələr 11 israilli idmançı və məşqiçinin, 1 alman polisinin və 5 terrorçunun öldürülməsi ilə nəticələndi. 3 terrorçudan, iki nəfəri sağ, bir nəfəri isə yaralı formada ələ keçirildi. Bir çox ölkə təhlükəsizlik tədbirlərinin zəif təşkil olunması səbəbindən Olimpiyadadakı çıxşını yarımçıq dayandırıb ölkələrinə qayıtıdılar.
Öldürülən beş ərəb əsilli terrorçunun təntənəli şəkildə Liviyada dəfn olunması, böyük səs-küyə səbəb oldu. Hadisədən bir ay sonra Lufthansaya məxsus təyyarəni qaçıran şəxslər, Münhen qətliamında iştirak edən və sağ olaraq ələ keçirilən üç şəxsin azad edilməsini tələb etdilər. Alman hökuməti, qarşı tərəfin tələblərini yerinə yetirmək məcburiyyətində qalmışdır.

 Nəticə olaraq xristian dünyası bunu terror kimi dəyərləndirsə də, müsəlman aləmi bu hadisəyə başqa tərəfdən baxaraq bunu CİHAD adlandırdı. Cihad isə Allah yolunda savaşmaq deməkdir. 

 İslamda dinin vacib əməllərindən biri hesab olunur.  İslamın müqəddəs kitabı olan "Quran" bir çox ayələrdə cihadı ən həyati bir prinsip kimi önə çəkir:"Canın, malın və namusun müdafiəsi üçün savaş; bu savaşda məqsəd İslam torpaqlarını, müsəlmanların can və malını düşməndən qorumaqdır. Bu savaş yalnız düşmənin hücumundan sonra baş verir və siz malınızı, canınızı, namusunuzu, şərəfinizi qorumaq üçün düşmənlə savaşa qalxmalısınız". 

 P.S. Hər zaman yəhudiləri dəstəkləmişəm. Hər zaman ərəbləri tənqid etmişəm. Çünki, hazırki ərəb yəhudi problemində yəhudidən çox ərəblər günahkardır. Keçmişə qayıdıb ərəblərin acgözcəsinə öz doğma evlərini, bağlarını yəhudələrə satmasını, buna görə yəhidilərin o bölgədə möhkəmlənməsini, ərəblərin torpaqlarını, əhli-əyalını, ölkələrini  səlib yürüşlərindən mühafizə edən, qoruyan türklərə qərbin təşkil etdiyi  pul müqabilində arxadan zərbə vurmasını    "acgöz və savadsız, cahil  müsəlman"  adı ilə əlaqələndirmək istəməzdim. Amma məhz bu səbəbdən bölgədə qanlar qurumur desəm, vicdanım rahatlıq tapmaz.    

Hər zaman terrorun  acılarını çəkmiş xalqımızın bir nümayəndəsi olaraq qətlima törədənlərə nifrət etmiş, onları lənətləmişəm. Sırf irqi, dini və digər  ayrıseçkiliyə görə  bir xalqa qarşı nifrət duymaq, onları  öldürmək bütün dini kitablarda günah hesab olunur.  Amma xalqına qarşı amansız qətliamlar, deportasiya, işğəncə və faciələr yaradanlarla cihada çıxmaq, zənnimcə, terror deyil, xalqının yanğısına  su tökməkdir.  Bunu da qeyd etməsəm, yenə də vicdanım rahat olmaz!

Qənaətim budur ki, nə qədər ki, dünya ədalətli düzəni qurmayıb, qətliamlar, kütləvi ölümlər, faciələr, soyqırım və deportasiyalar olacaq. Artıq buna təbii proses kimi baxan dünya ictimaiyyəti məhvə məhkum olduğunu anlamalıdır 

Əntiqə Rəşid 

 

Избранный
111
adalet.az

1Источники