RU

75 faizi ölümü üçün 1000 avro ödəyib

İtaliya mediası Aralıq dənizinin ortasında 20-dən çox miqrantın itkin düşdüyünü yazıb. DPA-nın məlumatına görə, hadisə şahidləri Liviyadan İtaliyaya gedərkən batan gəmiyə mindiklərini bildiriblər.

İtaliyanın Sahil Mühafizəsi Lampeduza adasından təxminən 20 kilometr cənub-qərbdə 7 nəfəri xilas edib.

Bildirilib ki, hamısı suriyalı kişi, qadın və uşaq olan immiqrantlar bazar günü Liviyadan qayıqla dənizi keçmək istəyiblər.

Həddindən artıq yüklənən qayıq yola çıxdıqdan bir neçə saat sonra çevrilib. Sağ qalanlar qayıqda 28 nəfərin olduğunu və hər birinin keçid üçün 500-1000 avro ödədiyini bildirib.

Heç birinin əynində xilasedici jilet olmayan yeddi nəfər 3 gün sonra çevrilmiş qayıqdan tutmuş halda tapıldı.

Избранный
106
vaxt.az

1Источники