RU

ABŞ-dəki hücumla bağlı TƏFFƏRÜATLAR: qatilin silahı...

Ötən gün ABŞ-də baş vermiş məktəbə hücum hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisəni törətdiyi deyilən 14 yaşlı şübhəli Colt Qreyin istifadə etdiyi silah atasının ona doğum günü hədiyyəsi olub.

ABŞ mətbuatında yer alan xəbərlərə görə,  Corciya ştatının Vinder şəhərindəki Apalaçi liseyində tapança ilə 4 nəfəri öldürən, 9 nəfəri yaralayan 14 yaşlı Kolt Qreyin atası Colin Qreyin iddialarından sonra səlahiyyətlilər hərəkətə keçib.

Bildirilib ki, atası bilərəkdən oğluna silah saxlamağa icazə verib. Həmçinin, hadisədə istifadə edilmiş silahın atasının övladına doğum günü hədiyyəsi olduğu qeyd olunub.

Əli Hüseynov

Избранный
70
bakivaxti.az

1Источники