RU

NAXÇIVANDA YUMURTA OYUNU: rüşvət tələsi, yoxsa... - Agentliyə ittihamlar var

Rəsmi məlumata görə, ötən ay Naxçıvanda 207 min yumurta yarasız adı altında müsadirə olunub. Bu yumurtaların hamısı Naxçıvandan kənarda istehsal olunub və yerli sahibkarlar tərəfindən Naxçıvana gətirilib.

“Yumurtanın maya dəyərinin iki qatın qədər qiymət oxudular. Məqsədləri odur ki, kənardan yumurta gətirilməsin, öz monopoliyalarında olan keyfiyyətsiz yerli yumurtaları satılsın. Bizim gətirdiyimiz yumurtalar həm böyükdü, həm də dadlı. Yerli sakinlər də bəyənirlər. Əgər yararsızdırsa, niyə bizdən müsadirə edib, dükanlarda satdırırlar. 50 min ədəd yumurtamı müsadiə etdilər ki, guya məhv olunacaq. Cəmi 500-600 yumurtanı yandırıb, nümayiş üçün videoya çəkdilər, qalanını satışa çıxardılar. 10 min manata yaxın ziyana saldılar məni. Tək mən deyiləm, başqa sahibkarların da başına eyni oyunu açıblar”.

Yerli sakinlər də kənardan gətirilən yumurtaların bazardan yığışdırılmasından narazıdırlar. Naxçıvan şəhər sakini Validə Babayeva deyir ki, bu yumurtalar daha ucuz və daha keyfiyyətlidirlər:

“Yerli yumurtalar çox keyfiyyətsizdir. Çox vaxt qırırsan, içi xarab çıxır. Dadı yox, qiyməti isə bahadır. Bakıdan gətirilən yumurtalar isə, həm iri, həm də dadlıdır. Hamısı oyundur. Toyuq fermalarının hərəsi bir məmura məxsusdur. Gördülər ki, maları satılmır, tez qıraqdan gələnə qadağa qoydular. Onları insanların güzaranı yox, öz cibləri düşündürür”.

MİA.AZ

Избранный
154
25
mia.az

10Источники