RU

Lavrov Ukrayna ilə danışıqlardan danışdı: “Hazırıq”

Rusiya yeni reallıqlar əsasında Ukraynadakı münaqişənin həllinin İstanbul prinsiplərinə qayıtmağa hazırdır”.

Medianews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumu çərçivəsində “RBC”yə müsahibəsində bildirib.

O, 2022-ci ildəki danışıqları xatırladıb.

“Bu prinsiplər bu gün də aktualdır. Prezident Putin dəfələrlə deyib ki, əgər danışıqlar aparmaq istəyirlərsə, heç olmasa Zelenski onları qadağan edən fərmanı ləğv etsin”.

Lavrov, İstanbul prinsiplərinin Ukraynanın NATO-ya qoşulmayacağına, bloklara qoşulmama statusunun qorunub saxlanmasına zəmanət verdiyini xatırladıb. XİN rəhbəri Ukraynanın özünü rahat hiss etməsi üçün təhlükəsizlik təminatlarını təsvir edib.

“İstənilən halda biz həmin prinsiplərə qayıtmağa hazırıq, lakin təbii ki, yeni reallıqları nəzərə alaraq”, -deyə  Lavrov vurğulayıb.

Ayşən

 

 

Избранный
176
50
medianews.az

10Источники