Avropa Komissiyası Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
“Temperatur tezliklə düşəcək, buna görə də ehtiyacı olan ukraynalılara təmir, elektrik, istilik və mənzil üçün 40 milyon avroluq yeni humanitar yardım paketi ayırırıq”, – deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “X” sosial şəbəkəsində yazıb.