RU

“US Open” turnirində qadınların mübarizəsində yarımfinal görüşləri keçirilib

Nyu-Yorkda keçirilən "US Open" turnirində qadınların mübarizəsində yarımfinal görüşləri baş tutub. Sport24.az xəbər verir ki, çempionatın əsas favoriti sayılan Arina Sabalenka Emma Navarro ilə qarşılaşıb. Belaruslu tennisçi hər iki seti qələbəylə başa vurub – 6:3, 7:5. Arina ardıcıl ikinci il turnirin finalına adlayıb.
 
Digər yarımfinal oyununun taleyi 3 setdə həll olunub. İlk setdə Karolina Muçova 6:1 hesabı ilə qalib gəlib. İkinci seti isə Cessika Pequla aktivinə yazıb – 6:4. 3-cü setdə də qalib gələn Pequla finala vəsiqə qazanıb.
 
Beləliklə, qadınların final oyununda Sabalenko ilə Pequla qarşılaşacaq. Görüş şənbə günü keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
1
sport24.az

2Источники