Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləyəcək.
Publika.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Putinin bu qərarına cavab verib.
"Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır. O, bu və ya digər şəkildə heç kimə dəstək verməməlidir", - deyə Kirbi bildirib.
Yeni prezidentin seçilməsində qərar verənin yalnız Amerika xalqı olacağını bildirən Kirbi, Putindən seçkilərə müdaxilə cəhdlərini dayandırmasını və əlavə şərh verməməsini istəyib.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca namizədlər, xüsusən də mühüm ştatlarda seçici dəstəyini artırmağa çalışırlar. Son sorğular isə Harrisin daha çox dəstək qazandığını göstərir.