2024-cü ilin yay ayları dünyanın ən isti dövrü olaraq rekord qırıb.
Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, bu barədə “Copernicus” İqlim Dəyişikliyi Xidməti (Copernicus Climate Change Service) məlumat yayıb.
Bildirilib ki, bu, eyni zamanda 1991-2020-ci illərdəki orta göstəricidən 1,54C dərəcə yuxarı olub və 2022-ci ildəki rekordu yeniləyib.
Yayın belə keçməsi 2024-cü ilin qlobal miqyasda ən isti il olacağı ehtimalını da artırıb.
Xatırladaq ki, keçən il də qlobal orta temperatur rekord həddə çatmışdı.
Bizim.Media