“Liverpul” aparıcı futbolçusu Məhəmməd Salaha yeni müqavilə təklif etməyi nəzərdən keçirir.
Msport.az xəbər verir ki, bu məqsədlə yaxın vaxtlarda 32 yaşlı hücumçu ilə görüş keçiriləcək.
Görüşdə misirli forvardın mövsümün sonuna qədər olan müqaviləsinin uzadılması imkanı müzakirə olunacaq. Salah özü komandada qalmağın tərəfdarıdı. Həmçinin yeni baş məşqçi Arne Slot da ondan razıdı.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm 3 oyun keçirib, 3 qol, 3 assistlə yadda qalıb. Ulduz futbolçu “qırmızılar”ın heyətində ümumilikdə 352 matçda 214 qol vurub, 92 məhsuldar ötürmə verib.