RU

Bakıda velosiped, pul və qızıl oğurlayanlar tutulublar

Bakıxanov qəsəbəsində yerləşən evlərdən birinin qarşısından 3000 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşları sentyabrın 3-də bir qadının içərisində pulu, qızıl boyunbağısı və sırğası olan çantasını oğurlamaqda şübhəli bilinən qadını müəyyənləşdirərək saxlayıblar.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki evlərin birindən 1500 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Bütün faktlarlıa bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
xalqqazeti.az

1Источники