RU

Meymunçiçəyi ilə bağlı karantin olacaq? - Məşhur həkim XƏBƏRDARLIQ ETDİ

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının tapşırığına əsasən, Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə cari ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub. Bir çox ölkələrdə “Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, respublika ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.  

Meymunçiçəyinin Azərbayacana gəlib çıxacağı ilə bağlı qabaqlayıcı tədbirlərin, hazırlıq işlərinin getməsi nədən xəbər verir? 

Referans.az-a infeksion xəstəlikləri uzmanı dr. Vasif Əliyev danışıb. Həkim bildirib ki, hazırda meymunçiçəyi virusu Afrika ölkələrində yayılmaqdadır:

"ÜST mövcud vəziyyətin ciddiliyini qeydə alaraq, xəstəliyin insandan insana, həmçinin, heyvandan heyvana yoluxmasının qarşısını almaqçün müəyyən tədbirlər görür. Xəstəliyin vaxtında diaqnostikası, testlərin aparılması, eyni zamanda virusun qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, peyvəndlərin tətbiqi kimi işlər nəzarət tədbirlərinə daxildir.  

Azərbaycanda meymunçiçəyi ilə bağlı toplantı keçirildi. Ölkə COP29 tədbirinə hazırlaşır. Sözügedən ölkələrdə meymunçiçəyi yayılıbsa, virusun digər ölkələrə də yayılma ehtimalı var:

"Xəstəlik insandan insana yaxın təmas nəticəsində, eyni zamanda heyvanlardan insana keçə bilir. Bu baxımdan ölkəmizdə profilaktik tədbirlər həyata keçirilən zaman  xəstəliyin ölkəmizə sıçramasının qarşısının alınması üçün işlər görülür. Beynəlxalq tədbirlər zamanı və bölgələrdən gələn insanlar ciddi kontrol altına alınmalıdır. ÜST də öz  nəzarət tədbirləri çərçivəsində bunları qeyd edir. Xəstəliyin profilaktikası baxımından peyvəndlərin tətbiq edilməsi də xəstəliyin nəzarətdə saxlanılmasında önəmli ən önəmli işlərdən biridir".

Meymunçiçəyi virusunun Azərbaycana gəlməsi riski böyükdür: "Azərbaycan da digər ölkələr kimi risk altındadır. Amma, ölkəmizdə meymunçiçəyi yayılarsa, bu cür xəstələri nəzarət altında almaq daha rahatdır. Düşünmürəm ki, qapanmalara gedilə bilər. Çünki yoluxduruculuq qabiliyyəti kovid pademiyasındakı kimi deyil. Xəstədə yayılması üçün yaxın təmas lazımdır. Amma, əgər xəstəlik bir çox ərazilərdə görülərsə, lokal bəzi qapanmalara, yaxın insanların nəzarət altına alınması kimi tədbirlər həyata keçirilə bilər. Meymunçiçəyi xəstəliyindəki səpkilər eynilə suçiçəyi xəstəliyindəki səpkilərə bənzəyir. İnsanlar səpkisi və qızdırması olan insanlardan uzaq durmaları, təmasdan qaçmaları və həkimə müraciət etmələri tövsiyə olunur". 

Şəlalə Babayeva

Избранный
80
referans.az

1Источники