Bakıda sürücünün qayda pozuntusu qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 30-da, paytaxtın Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində qeydə alınıb.
Belə ki, sürücü öz yolu ilə getdiyi halda əks yola çıxan "Hummer" markalı avtomobilin sürücüsü qəzaya səbəb olub.
Onun ardınca gələn 77-NH-708 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü qayda pozmağı az deyilmiş kimi "hara soxursan, görürsən gəlir, girmə də" - deyərək görüntünü qeydə alan sürücünü günahlandırıb.
Qeyd edək ki, əks istiqamətli yolda axına qarşı hərəkət edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilərlər.
Fərid