RU

Yeni Klinikada birgə əməkdaşlıq təlimləri baş tutub » Medical Media


Yeni Klinikada TƏBİB və “Uğur Sağlık Technolojileri”nin birgə əməkdaşlığı çərçivəsində “Laparoskopik və “Virtual Reality” Simulyasiya” təlimləri baş tutub. 

Təlimin rəsmi açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, "İnnova" şirkətinin CEO-su Yurdanur Murzoğlu və başqaları iştirak ediblər. 

Araz Nəsirov Azərbaycan səhiyyəsində icbari tibbi sığortanın uğurla tətbiq olunduğunu qeyd edərək hazırda vətəndaşlara 3 mindən çox tibbi xidmətin göstərildiyini və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün böyük işlər görüldüyünü bildirib. Bu sistemin tədricən daha da təkmilləşəcəyini qeyd edən Araz Nəsirov əhalinin daha çox tibbi xidmətə əlçatanlığın artacağını həmçinin tibb müəssisələrinin infrastrukturunun daha da inkişaf edəcəyini vurğulayıb. 

Pərvin Əkbərov Azərbaycan səhiyyəsinin uğurlu nümunəsi olan Yeni Klinikanın daha da inkişaf edərək beynəlxalq klinikalarla eyni səviyyədə olmasını hədəf götürüldüyünü qeyd edib. Klinikada müasir avadanlıq həmçinin peşəkar komanda ilə təmin olunmuş Cərrahiyyə və transplatasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK, İnsult (STROK), Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin fəaliyyət göstərdiyini bildirən Pərvin Əkbərov müraciət edən pasiyentlərin tamamilə pulsuz tibbi xidmətlə təmin olunaraq sağlamlıqlarına qovuşduqlarını bildirib. 

Təxminən 100-dən çox həkim-mütəxəssisin iştirak etdiyi təlimdə Kris Kaporali tərəfindən ümumi cərrahiyyə, laparoskopiya, ginekologiya, urologiya, ortopediya haqqında onlayn simulyasiya təlimləri təqdim olunub.  
Избранный
278
1
medicalmedia.az

2Источники