RU

EASA “Cathay Pacific” reysindəki insidenti ciddiyə alıb

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (The European Union Aviation Safety Agency – EASA) Honq-Konqda yerləşən “Cathay Pacific” aviaşirkətinin reysində mühərrik nasazlığından sonra “Airbus A350-1000” hava donanmasını yoxlayacaq.

Mərkəzi qərargahı Almaniyanın Köln şəhərində yerləşən EASA, bu həftənin əvvəlində Honq-Konqdan qalxan “Cathay Pacific” təyyarəsində baş vermiş insidentdən sonra ehtiyat tədbiri olaraq “Rolls-Royce Trent XWB-97” mühərrikləri ilə təchiz edilmiş “Airbus A350-1000” parkında yoxlama aparılacağını açıqlayıb.

Açıqlamada, bütün dünyada geniş istifadə olunan 86 “A350-1000” təyyarəsi mühərriklərinin içindəki çevik yanacaq şlanqlarının birləşmələrinin 3 ilə 30 gün arasında araşdırılacağı bildirilib.

“Cathay Pacific” şirkətinin sentyabrın 1-də “A350-1000” təyyarəsi ilə Honq-Konqdan Sürixə uçarkən, havaya qalxdıqdan qısa müddət sonra mühərrik yanmağa başlayıb və təyyarə məcburi olaraq qalxdığı hava limanına qayıdıb.

Избранный
69
vaxt.az

1Источники