RU

Xalq Sığortadan bu peşə sahiblərinə xüsusi təklif-2 faiz tarif dərəcəsi ilə - PARTNYOR KASKO

 Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Xalq Sığorta ASC” yenə sevindirməyə davam edir.

FED.az xəbər verir ki, bu dəfə şirkət “Neftçilər Günü” münasibətilə neftçilərə “Partnyor Kasko” sığorta paketini sərfəli şərtlərlə əldə etmək imkanı yaradır. Belə ki, Partnyor Kasko sığorta paketini 2% tarif dərəcəsiylə, birdəfəlik və ya 12 aya qədər hissəli şəkildə almaq mümkündür. Minimal sığorta haqqı 250 AZN, sığortadan azadolma məbləği isə 100 AZN təşkil edir.

      Bu fürsətdən yararlanmaq üçün şirkətimizin 7/24 aktiv olan 183 çağrı mərkəzinə müraciət etmək və ya sosial media hesabları vasitəsilə əlaqə yaratmaq kifayətdir.

     Qeyd: Kampaniyanın müddəti 1 aydır.

     Xatırladaq ki, sığorta bazarında müştərilərinin kifayət qədər güvənini qazanmış “Xalq Sığorta” ASC  2005-ci ildən fəaliyyətə başlayıb.  58 750 500 manat həcmində nizamnamə kapitalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərini vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanıb

     Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.

Избранный
36
fed.az

1Источники