RU

“Daha çox silah...”

Vladimir Zelenski Almaniyada ABŞ-ın Ramşteyn bazasında ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə Ukrayna Müdafiə Əlaqələri Qrupunun 24-cü iclasında videokonfransla iştirak edib. İclasın açılışında çıxış edən Zelenski bildirib ki, Ukraynanın minimum miqdarda silaha malik olduğu məlumdur.

Ukraynaya verilən yardıma görə minnətdar olduqlarını ifadə edən Zelenski, “Ancaq Rusiya qüvvələrini ölkədən, Xüsusilə Donesk bölgəsindən çıxarmaq üçün daha çox silaha ehtiyacımız var”, –  deyib.

Əsgərlərin kifayət qədər silaha sahib olmasının və Ukraynaya verilməsi planlaşdırılan yardımın sürətlə çatdırılmasının vacibliyinə işarə edən Zelenski, “Elan edilmiş hər bir yardım paketi dərhal həyata keçirilməlidir. Donesk bölgəsindəki münaqişələr bundan asılıdır. Putin burada uğur qazanmağı bacarmasa, heç yerdə uğur qazana bilməyəcək”, – deyib.

Hələ Ukraynaya təhvil verilməyən bir sıra hava hücumundan müdafiə sistemlərinin olduğunu xatırladan Zelenski, “Xahiş edirəm, hava hücumundan müdafiə də daxil olmaqla, bu müharibədə daha aktiv olun”, – deyib.

İlk “F 16” döyüş təyyarələrinin xidmətə girdiyini bildirən Zelenski, “Dəstəyiniz üçün təşəkkür edirəm. Təyyarələr raketləri və pilotsuz uçan aparatları vururlar. Çox ciddi irəliləyişdir. Ancaq bunlardan əlmizdə sadəcə bir neçəsi var və hələ də böyük sayda “F 16”ya ehtiyacımız var”, – deyib.

Ukrayna prezidenti Zelenski qeyd edib ki, görüşdə bu məsələ ilə bağlı təkliflər verəcək.

Qərbin tədarük etdiyi uzaqmənzilli silahların Rusiyadakı şəhərlərindəki hədəflər üçün istifadə edilməsini tələb edən Zelenski, “Bizim təkcə işğal olunmuş Ukrayna ərazilərində deyil, həm də Rusiya ərazisində uzun mənzilli imkanlara ehtiyacımız var”, –deyib.

Zelenski Ukraynada özləri üçün daha çox silah istehsal etməyə hazır olduqlarını və bunun üçün pul lazım olduğunu bildirib.

Ukrayna prezidenti Zelenski, “Biz real sülhü təmin etmək məqsədilə Rusiyaya ciddi təzyiq göstərməliyik və bu müharibəni bitirmək üçün əlimizdən gələni etməyə hazırıq”, – deyib.

ABŞ müdafiə naziri Ostin də ABŞ prezidenti Co Baydenin 250 milyon avroluq yardım paketini açıqlayacağını deyib.

Bildirilib ki, Zelenski bu gün Frankfurtda Almaniya kansleri Olaf Şolz ilə də görüşəcək.

Избранный
182
50
vaxt.az

10Источники