RU

Ukrayna Azərbaycandan yardımına ümid edir - Baş nazir məktub göndərib

Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycanın Ukraynada əsas mülki infrastrukturun, xüsusilə enerji infrastrukturunun bərpasında geniş iştirakına ümid etdiyini bildirib.

“AzPolitika” xəbər verir ki, Şmıqal Azərbaycanın Baş Naziri Əli Əsədova cavab məktubu göndərib və orada Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərə görə minnətdarlığını bildirib.

Şmıqal qeyd edib ki, Kiyev Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir. O, həmçinin Ukraynada, xüsusilə enerji sektorunda əsas mülki infrastrukturun bərpası üzrə layihələrdə Azərbaycanın iştirakının genişləndirilməsinə ümid etdiyini vurğulayıb.

Ukraynanın Baş naziri məktubunda Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

“AzPolitika.info”

Избранный
100
azpolitika.info

1Источники