Xəbər verdiyimiz kimi, 9 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Bəs, görəsən, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə neçə müəllimin cəlb olunması nəzərdə tutulub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə 20000-ə yaxın müəllimin cəlb olunması nəzərdə tutulub.