RU

Naxçıvanda Hemodializ Mərkəzi yaradılıb

“Naxçıvan Muxtar Respublikasının Hemodializ Mərkəzi” yaradılıb.

News365.az-ın məlumatına görə, muxtar respublikada səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması və əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması, həyata keçirilən ardıcıl, sistemli islahatların nəticəsi olaraq xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının Hemodializ Mərkəzi” yaradılıb.

Qeyd olunub ki, hemodializ xidmətinin yenidən təşkili adekvat səviyyəli personalla komplektləşdirmə, dializ parametrlərinin düzgün təyin olunması göstərilən tibbi xidmətin keyfiyyətini artırmaqla yanaşı, mövcud sahədə əziyyət çəkən vətəndaşların keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına imkan verəcək.

Həmçinin mərkəzin yenidən qurulması və təmir olunmasından başqa, pasiyentlərə uzun seanslarda keyfiyyətli xidmət göstərilməsi üçün qurğuya inteqrasiya olunmuş wi-fi və qulaqcıq girişli HD keyfiyyətli TV-si olan 47 ədəd 3 idarəetmə mühərrikli hemodializ kresloları, tibbi və texniki xüsusiyyətlərə malik ən son texnologiyaya uyğun istehsal olunmuş 33 ədəd hemodializ cihazları ilə təmin olunması üçün satınalma prosesləri davam etməkdədir.

Избранный
98
7
news365.az

10Источники