RU

Nigerdə ​​daşqınlar nəticəsində 270-dən çox adam ölüb

Nigerdə ​​yağışlar nəticəsində ən azı 273 nəfər ölüb, 700 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Sahara səhrasının Niger sektorunda yerləşən, adətən Afrikanın ən isti və ən quraq şəhərlərindən biri hesab edilən Aqadez şəhəri su altında qalıb.

Milli Mülki Müdafiə Xidməti qeyd edib ki, ən çox zərər çəkmiş ərazilər Taoua və Maradi olub, müvafiq olaraq 87 və 86 itki var.

Ümumilikdə, ölkənin 266 icmasından 201-də daşqınlar qeydə alınıb, 73 mindən çox yaşayış binası dağılıb.

Избранный
129
operativmm.az

1Источники