RU

Keyfiyyətsiz məhsul reklam edənlər qanunla cərimələnə bilər? - ŞƏRH EDİLDİ

"Reklam qanunvericiliklə müəyyən edilmiş bir sıra tələblərə cavab verməlidir. Bu tələblərin pozulması öz növbəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün əsas verir. Reklam fəaliyyəti digər qanunvericilik aktları ilə yanaşı, İnzibati Xətalar Məcəlləsi ilə də tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ

Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.

Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir".

Ayşən Vəli

Избранный
108
sia.az

1Источники